Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub
# 07 dekabr 2022 06:01 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Abbasov Elvin İlham oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı sol baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR