Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 15 may 2023 02:36 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Belə ki, Zivər bəy Əhmədbəyov küçəsində Özbəkistan vətəndaşı idarə etdiyi “Hyundai” markalı avtomobillə Cəfər Cabbarlı küçəsinə daxil olmaq istəyib.

Bu zaman Cəfər Cabbarlı küçəsində hərəkətdə olan “Toyota” markalı maşın “Hyundai”a çırpılıb. İdarəetmədən çıxan “Toyota” ağaca çırpılaraq dayanıb.

“Toyota”da olan bir nəfər xəsarət alıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR