Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO
# 03 may 2023 02:43 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Nəriman Nərimanov prospektində qeydə alınıb.

“Opel” markalı maşının sürücüsü sükana nəzarəti itirirərək eyni istiqamətdə olan “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Hyundai”da olan sərnişin xəsarət alıb. Maşınlara ciddi ziyan dəyib. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR