Bakıda piyadanı avtomobil vurub - FOTO

Bakıda piyadanı avtomobil vurub - FOTO
# 03 fevral 2023 06:33 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 1966-ci il təvəllüdlü Ələkbərov Məzahir Mirzə oğlu yolu keçərkən onu minik maşını vurub. Yaralı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR