Bakıda qonşular arasında dava düşüb, bıçaqlanan var

Bakıda qonşular arasında dava düşüb, bıçaqlanan var
# 07 dekabr 2022 03:25 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-ci il təvəllüdlü Məmmədov Elvin Süleyman oğlu binanın həyətində avtomobilini park edərkən qonşusu ilə aralarında mübahisə yaşanıb.

Qonşusu ona avtomobili park etməməsini tələb edib. Sonda E.Məmmədov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR