Bakıda sərnişin avtobusu qəzaya düşüb - FOTO

Bakıda sərnişin avtobusu qəzaya düşüb - FOTO
# 05 iyul 2022 11:32 (UTC +04:00)

Bakıda sərnişin avtobusu qəza törədib.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu, 6 mikrorayon ərazisində qeydə alınıb. 26 saylı xətt avtobusu qəzaya düşüb və səkiyə çıxıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, “Vətən” firmasının istismarında olan 26 nömrəli müntəzəm marşrut üzrə xətti üzrə 10 TF 897 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcının verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR