Bakıda toyda gənc oğlan bıçaqlanıb

Bakıda toyda gənc oğlan bıçaqlanıb
# 08 may 2023 03:05 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yaşanıb.

"Həyat Yolu" şadlıq sarayında keçirilən toyda dava düşüb.

Hadisədə 1998-ci il təvəllüdlü Qasımov Mirbala Vüqar oğlu bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR