Bank Of Baku

Bakıda üç avtomobilin iştirakı ilə yol qəzası olub - FOTO

Bakıda üç avtomobilin iştirakı ilə yol qəzası olub - FOTO
# 15 iyul 2023 02:51 (UTC +04:00)

Bakının Nizami rayonunda üç maşının iştirakı ilə yol qəzası baş verib.

APA xəbər verir ki, avtoqəza Babək prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KIA” markalı maşın eyni istiqamətdə gedən “Chevrolet” və “Mercedes” markalı nəqliyyat vasitələrinə çırpılıb.

İdarəetmədən çıxan “KIA” körpünün səddinə dəyərək dayanıb.

Xoşbəxtlikdən avtomobil körpüdən yerə düşməyib.

Qəza zamanı xəsarət alan olmayıb.

Ancaq avtomobilin ərazidən uzaqlaşdırılması bir qədər zaman alıb.

Bu isə körpü üzərində nəqliyyatın sıxlığa səbəb olub.

Qəza zamanı zərərçəkən sürücülər bildirib ki, “KIA”nı idarə edən şəxs yüksək sürətlə manevr qaydalarını pozub. Bu da qəzanı qaçılmaz edib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər üç sürücünün izahatı alınıb. Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR