Bakıda un daşıyan avtomobil aşıb - FOTO - VİDEO

Bakıda un daşıyan avtomobil aşıb  - FOTO  - VİDEO
# 28 iyun 2022 01:16 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yük avtomobili qəzaya uğrayıb.

APA xəbər verir ki, Sülh küçəsində “Honda” markalı avtomobili idarə edən sürücü yol nişanın tələbini pozaraq əsas yola çıxıb. Bu zaman “İsuzu” markalı yük avtomobili minik avtomobilinə çırpılıb. Nəticədə yük avtomobili aşıb. Qəza nəticəsində yük maşınında olan un kisələri yola dağılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR