Bakıda yaşlı kişini avtomobil vurub

Bakıda yaşlı kişini avtomobil vurub
# 02 dekabr 2022 01:48 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Məmmədov İlqar Həsən oğlu yolu qəflətən piyadalar üçün müəyyən edilməyən hissəsinə çıxıb. Həmin vaxt onu minik maşını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır. Sürücünün izahatı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR