Bank Of Baku

Bakıda yataqxanada yanğın  baş verib - FOTO

Bakıda yataqxanada yanğın  baş verib  - FOTO
# 23 avqust 2022 23:34 (UTC +04:00)

Sabunçu rayonunda yataqxana kimi istifadə olunan köhnə bağça binasında yanğın baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları qısa müddətdə yanğının qarşısını alıb.

Elektrik naqillərində yaranan nasazlıq səbəbindən baş verən yanğın zamanı yüngül dərəcəli xəsarət alanlar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR