Bakıda yolu bağlayan sürücülər inzibati qaydada həbs olunub

Bakıda yolu bağlayan sürücülər inzibati qaydada həbs olunub
# 18 fevral 2022 17:21 (UTC +04:00)

Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.

APA-nın xəbərinə görə, sürücülər Elvin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hər iki sürücünün inzibati qaydada 30 sutka həbs olunması barədə qərar çıxarılıb.

Qeyd edək ki, yolu bağlayan sürücülərdən biri Bəxtiyar Məmmədov yaşı və xəstəliyi nəzərə alınaraq həbs olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR