Bank Of Baku

Bakıda yorğun sürücü avtomobili dirəyə çırpıb - FOTO - VİDEO

Bakıda yorğun sürücü avtomobili dirəyə çırpıb  - FOTO  - VİDEO
# 21 oktyabr 2022 02:50 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Nərimanov prospektində qeydə alınıb.

Seymur Hüseynov idarəetməsində olan “Audi” markalı nəqliyyat vasitəsilə yüksək sürətlə beton arakəsməyə çırpılıb. Daha sonra avtomobil işıq dirəyinə dəyərək dayanıb. Sürücü yüngül bədən xəsarətləri alıb. S.Hüseynov APA-ya bildirib ki, o göz yorğunluğundan əziyyət çəkdiyi üçün məlum hadisəni törədib.

Əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. Sürücünün izahatı alınıb. Yol təsərrüfatına vurulan zərər hesablanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR