Balakəndə 27 yaşlı qadın kimyəvi maddədən zəhərlənib

Balakəndə 27 yaşlı qadın kimyəvi maddədən zəhərlənib
# 05 yanvar 2023 10:23 (UTC +04:00)

Balakən sakini kimyəvi maddədən zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Kortala kənd sakini, 1996-cı il təvəllüdlü Türkan İbiyeva zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı 27 yaşlı Türkan İbiyevanın kimyəvi maddədən zəhərləndiyi məlum olub.

Ona tibbi yardım göstərilib, vəziyyəti nəzərə alınaraq Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR