Balakəndə həkim idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Balakəndə həkim idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb - YENİLƏNİB
  • Clock-gray 10:34
  • calendar-gray 10 Oktyabr 2019

Balakəndə baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb. 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, faktla bağlı Balakən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

Onu da qeyd edək ki, qəza törədən sürücü Əsəd Vəliyev baytar həkimdir. 

***

Saat 08:20

Balakəndə 28 yaşlı kişi həmkəndlisinin idarə etdiyi minik avtomobili tərəfindən vurularaq ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 20:00 radələrində rayonun Qazma kəndi ərazisində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Eşqin Cümşüd oğlu Hüseynov yaşadığı evin yaxınlığında küçədə olarkən həmkəndlisinin idarə etdiyi minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Hüseynov Balakən Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, E.Hüseyov gecə saat 02:00 radələrində xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date