Beyləqanda avtomobillə traktor toqquşub, ölən var

Beyləqanda avtomobillə traktor toqquşub, ölən var
# 23 may 2022 10:49 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-dən APA-ya verilən məlumata görə, mayın 22-də saat 20 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində rayon sakinləri R.Allahverdiyevin idarə etdiyi “VAZ-21061” markalı avtomobillə İ.İmanovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə R.Allahverdiyev və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan Rasim Fərzəliyev orada ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR