Biləsuvarda keçmiş məhkumdan narkotik götürülüb

Biləsuvarda keçmiş məhkumdan narkotik götürülüb
# 10 oktyabr 2019 11:56 (UTC +04:00)

Biləsuvar polisi keçmiş məhkumda narkotik maddə aşkarlayıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini, əvvəllər məhkum olunmuş V.Salmanovdan 2 kiloqramdan artıq tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR