Cəlilabadda arvadını baltalayan şəxsin istintaqı başa çatıb

Cəlilabadda arvadını baltalayan şəxsin istintaqı başa çatıb
# 31 yanvar 2023 09:07 (UTC +04:00)

Cəlilabadda arvadını baltalamaqda təqsirləndirilən Şəhriyar Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə Yusublu kəndində qeydə alınıb.

Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb. Qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Şəhriyar Abbasov isə tutularaq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR