FHN: Azad edilmiş ərazilərdə minatəmizləmə prosesi sürətlə davam edir

Məhərrəm Həsənov, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini

© APA | Məhərrəm Həsənov, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini

# 27 dekabr 2021 11:00 (UTC +04:00)

"İşğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi qarşımıza qoyulmuş əsas vəzifələrdən biridir".

APA-nın xəbərinə görə, bunu "Mina Təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzüsunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, general-mayor Məhərrəm Həsənov deyib.

O bildirib ki, minatəmizləmə prosesi sürətlə davam edir: "Bizim yeni yaranan taborun əməkdaşları orada çalışır. 2021-ci ilin yavarından indiyə qədər bizim qurumlar Ağdam və Füzuli istiqamətində böyük ərazilərin minalardan təmizlənməsində iştirak ediblər. Hazırda tam gücümüzlə bu işlər davam etdirilir. Digər qurumlarla birgə qarşılıqlı işlər aparılır və tənzimlənir”.

M. Həsənov qeyd edib ki, bu prosesə təcrübəli və sertifikat almış istehkam qrupları cəlb olunub: “Minatəmizləmə incə sahədir, bu işdə səhvə yol vermək olmaz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR