Gəncədə 51 yaşlı kişini avtomobil vuraraq öldürüb

Gəncədə 51 yaşlı kişini avtomobil vuraraq öldürüb
# 23 noyabr 2022 01:38 (UTC +04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan 20-AD-200 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1971-ci il təvəllüdlü kişini vurub.

Piyada xəstəxanaya aparılsa da ölüb.

Qeyd edək ki piyadanı vuran avtomobilin sürücüsü sabiq polis rəisi, mayor Muxtar Abdullayevin oğlu Əli Abdullayev olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR