Gəncədə intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Çingiz Məmmədov yaşadığı evin damında özünü asıb.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.