Gəncədə karusel qırılıb, 12 yaşlı uşaq xəsarət alıb

Gəncədə karusel qırılıb, 12 yaşlı uşaq xəsarət alıb
# 21 iyun 2022 09:22 (UTC +04:00)

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı parkında qeydə alınıb.

Belə ki 2010-cu il təvəllüdlü N.Abbasova sözü gedən parkda quraşdırılmış karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR