Gəncədə mikroavtobus sürücüsü qəza törədib - FOTO

Gəncədə mikroavtobus sürücüsü qəza törədib - FOTO
# 23 avqust 2019 19:33 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Gəncə şəhər sakini, 31 yaşlı Ruslan Babayevin idarə etdiyi "Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Sürücünün sözlərinə görə, qəzanın törədilməsinə səbəb digər avtomobilin onu sıxması olub. Hadisə yerinə yol-polis əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR