Goranboyda avtomobilini yolda təmir edən şəxs iki maşın arasında qalaraq ölüb - VİDEO

Goranboyda avtomobilini yolda təmir edən şəxs iki maşın arasında qalaraq ölüb - VİDEO
# 29 iyun 2022 04:42 (UTC +04:00)

Goranboyda yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan “Shacman” markalı yük maşını nasaz olduğu üçün dayanıb.

50 yaşlı Yevlax rayon sakini Kərimov Kənan nasaz avtomobilini yolda təmir edir.

Nəqliyyat vasitəsinin arxa hissəsində təmir aparan zaman qarşıdan gələn “Mercedes” markalı yük maşını “Sahcman”a çırpılıb.

Ağır bədən xəsarətləri alan usta K.Kərimov xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR