Goranboyda maşın aşıb, xəsarət alan var

Goranboyda maşın aşıb, xəsarət alan var
# 05 yanvar 2023 12:26 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Niva" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR