Goranboyda minik avtomobili traktorla toqquşub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xanqərvənd kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin traktorla toqquşması nəticəsində minik maşınında olan sərnişin, 1969-cu il təvəllüdlü Məmmədova Həcər İbrahim qızı ağır bədən xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun durumu orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.