Göygöldə narkotik satmaqda və saxlamaqda şübhəli şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki, şöbənin Cinayət Axtarışı Bölməsinin (CAB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş əsasında satmaq məqsədi ilə əldə etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Zərbiyani saxlanılıb. Polis şöbəsində üzərinə baxış keçirilən zaman şübhəli şəxsin əlindəki çantadan 1 kq-dan artı narkotik maddə olan “heroin” və 2 kq-a yaxın narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb. CAB-ın əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini Habil Novruzov saxlanılan zaman onun üzərində ümumi çəkisi 100 qramdan artıq olan ola 2 bükümdə narkotik maddə “heroin” aşkar olunub.
Post-patrul Xidməti əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Zeynalovdan isə külli miqdarda “tiryək” aşkar olunub.
Bundan başqa, Rayon Polis Şöbəsinə rayon ərazisindəki “Ərəbli” su arxının yaxınlığında odlu silah olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 2 ədəd “Makarov” tipli tapança, həmin tapançalara aid 1 ədəd sandıqca” 1 ədəd “PSM” markalı tapança və 9 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.
Göygöldə su arxının yaxınlığında 3 tapança tapılıb
19 yanvar 2023 10:11 (UTC +04:00)
Hadisə
Ucarda yük maşını yanıb - FOTO
13:51
2 may 2024
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib
11:51
2 may 2024
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib, avtomat götürülüb
11:35
2 may 2024
Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilib
10:42
2 may 2024