Həyat yoldaşını öldürən şəxsin məhkəməsi başlayıb

Həyat yoldaşını öldürən şəxsin məhkəməsi başlayıb
# 12 iyul 2019 11:38 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 19-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında paytaxtın Binəqədi rayonunda baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Lalə Həsən qızı Qurbanovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. T. Qurbanova Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR