İki piyadanı vuraraq öldürən sürücüyə 10 il həbs cəzası verilib

İki piyadanı vuraraq öldürən sürücüyə 10 il həbs cəzası verilib
# 15 sentyabr 2022 11:54 (UTC +04:00)

Bakı-Qazax yolunda iki piyadanı vuraraq öldürməkdə təqsirləndirilən İbrahim Əsədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İbrahim Əsədzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 27-i Bakı-Qazax yolunun 65-ci kilometrliyindən qeydə alınıb. 27 yaşlı Əsədzadə İbrahim Qaraş oğlu idarə etdiyi "Chevrolet" markalı avtomobillə 55 yaşlı Cəfərov Səyavuş Əyyub oğlu və 38 yaşlı Qurbanov Emil Məhəmməd oğlunu vurub. Nəticədə piyadalar hadisə yerində ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR