Bank Of Baku

Kəlbəcərdə mina partlayıb, 1 hərbçi ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB 2

Kəlbəcərdə mina partlayıb, 1 hərbçi ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB 2
# 14 dekabr 2022 20:06 (UTC +04:00)

Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Kəlbəcərdə baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

***

Saat 20:03

Kəlbəcərdə mina partlaması nəticəsində daha 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, onlardan biri həlak olub.

***

19:21

Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb.

APA-nın Gəncə bürosu xəbər verir ki, 3 nəfər xəsarət alıb.

***

19:00

Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR