Kürdəmir və Xızı sakinlərindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüşün kənd sakini E.Sadıqov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sitalçay kənd sakini H.Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülüb.