Kürdəmirdə kanaldan meyit tapılıb

Kürdəmirdə kanaldan meyit tapılıb
# 10 iyun 2023 09:21 (UTC +04:00)

Kürdəmirdə su kanalından meyit tapılıb.

APA xəbər verir ki, rayonun Qağacılı kənd sakini, 1979-cu il təvəllüdlü İslamov Rəşad Eldar oğlunun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında həmkəndlisi Hüseynov Hafiz Cabir oğlu tərəfindən aşkarlanıb.

Məlumata görə, Rəşad İslamov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR