Lənkəran sakini həbsdəki qardaşına narkotik ötürmək istəyib - FOTO

Lənkəran sakini həbsdəki qardaşına narkotik ötürmək istəyib - FOTO
# 18 may 2023 10:19 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Sultan oğlu Əkbərovla qısamüddətli görüşə gələn qardaşı, Lənkəran rayon sakini Qüdrət Sultan oğlu Əkbərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı cins şalvarın cibində gizlətdilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,091 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR