Lənkəranda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb - FOTO

Lənkəranda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb - FOTO
# 07 mart 2023 17:00 (UTC +04:00)

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Boradigah magistralının, Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Ərkivan qəsəbə sakini 1987-ci il təvəllüdlü Elçin Əlihüseyn oğlu Rəhimovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil, "Audi" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ - 21015" markalı avtomobilin sürücüsü və hər iki avtomobildə olan sərnişinlər Lənkəran rayonunun Mollakənd kənd sakini 1982 - ci il təvəllüdlü Nazim Tehran oğlu Əli ("VAZ-21015"), Lənkəran şəhər sakini 1979 - cu il təvəllüdlü Ülviyyə Malik qızı Məmmədova ("Audi") müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, qəza sürücülərin işıqfordan düzgün istifadə etməməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR