Lənkəranda yük və minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - FOTO

Lənkəranda qəzaya düşən minik avtomobili

© APA | Lənkəranda qəzaya düşən minik avtomobili

# 06 noyabr 2022 17:46 (UTC +04:00)

Lənkəran-Lerik yolunda qəza olub.

APA-nın Cənub bürosunun xəbərinə görə, hadisə Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Şovu kənd sakini 1975-ci il təvəllüdlü Ədalət Baba oğlu Cəfərovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili Lerik rayonunun Ambu kənd sakini 1984-cü il təvəllüdlü Vaqif Mirzahid oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini Əlixan Məmiş oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR