27 sentyabr Anım Günü ilə bağlı Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
APA-nın yerli bürosu xəbər verir ki, 27 sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.