Masallıda təcili yardım maşını qəzaya düşüb, xəstə ölüb, tibb işçiləri xəsarət alıb - YENİLƏNİB

Masallıda təcili yardım maşını qəzaya düşüb, xəstə ölüb, tibb işçiləri xəsarət alıb - YENİLƏNİB
# 18 may 2023 12:33 (UTC +04:00)

DİN Masallıda baş verən yol qəzası barədə məlumat açıqlayıb.

DİN-dən APA-ya verilən məlumata görə, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisində rayon sakinləri İ.Nurəliyevin idarə etdiyi “Ford” markalı yük və S.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra “Mercedes” markalı avtomobil aşıb. Nəticədə “Mercedes” markalı avtomobildə olan Lənkəran rayon sakini F.Qurbanova xəstəxanada ölüb.

Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

10.36

Masallıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.

APA-nın məlumatına görə, Samir Əhmədovun idarə etdiyi, "Bioloji Təbabət" Klinikasının Masallı filialına məxsus "Mercedes Benz" markalı təcili tibbi yardım avtomobili ilə İlham Nurəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Mercedes" markalı təcili tibbi yardım avtomobilində Bakıya xəstə kimi aparılan Firəngiz Qurbanova, avtomobilin sürücüsü və 2 nəfər tibb personalı müxtəlif bədən xəsarətləri alıblar.

Lənkəran rayon sakini olan Firəngiz Qurbanova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR