Məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxsə cinayət işi açılıb

Məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxsə cinayət işi açılıb
# 24 may 2022 12:14 (UTC +04:00)

Ağsuda polisə yalan məlum verən şəxs barəsində cinayət işi başlanıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xəbərə görə, mayın 4-də saat 4.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb.
Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR