Naxçıvanda reklam lövhəsinin aşması nəticəsində xəsarət alan şəxs ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, 1963-cü il təvəllüdlü Qafarova Zimilə Həsən qızı xəstəxanada keçinib.
***
15.28
Naxçıvanda yeni quraşdırılan reklam lövhəsi aşıb, xəsarət alan var.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Yeni quraşdırılan reklam lövhəsinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Naxçıvan şəhəri Tumbul kənd sakini Qafarova Zimilə Həsən qızı xəsarət alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.