Oğuzda minik avtomobili traktorla toqquşub, ölən var - FOTO - VİDEO

Oğuzda minik avtomobili traktorla toqquşub, ölən var - FOTO  - VİDEO
# 15 noyabr 2022 12:03 (UTC +04:00)

Oğuzda minik avtomobili traktorla toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib.

1993-cü il təvəllüdlü Xaçmaz kənd sakini Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi “VAZ 2107” markalı, 90-EC-487 dövlət nömrə nişanlı minik avtomobil ilə 1965-ci il təvəllüdlü kənd sakini Etibar Müsalim oğlu Usubovun idarə etdiyi traktor toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü Səxavət Atakişiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR