Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib - FOTO

Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib - FOTO
# 02 noyabr 2022 12:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

FHN-dən APA-ya verilən xəbərə görə, xidmətin əməkdaşları tərəfindən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax pambıq qəbulu məntəqəsində və Zərdab rayonundakı xam pambığın əkilib becərilməsi, tədarükü və emalı zavodunda, “P-Aqro” MMC-nin Ucar rayonundakı pambıq emalı zavodunda, Zərdab, Kürdəmir və Yevlax rayonlarındakı pambıq qəbulu məntəqələrində, “Kürdəmir-pambıq“ ASC-nin pambıq emalı zavodunda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım söndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə müvafiq yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də müəssisələrin səlahiyyətli şəxslərinin nəzərinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR