Prokurorluq Şamaxıdakı qətllə bağlı məlumat yayıb - YENİLƏNİB

Prokurorluq Şamaxıdakı qətllə bağlı məlumat yayıb  - YENİLƏNİB
# 14 may 2022 12:48 (UTC +04:00)

Şamaxı rayon prokurorluğu qətllə bağlı məlumat yayıb.

APA xəbər verir ki, məlumatda bildirilib ki, mayın 14-də Şamaxı şəhər sakini Şəfayət Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən Mülkalı Rizvanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şəfayət Haviyevə gəzdirdiyi cib bıcağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mülkalı Rizvanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

10:35

Şamaxı rayon Polis Şöbəsinə mayın 14-ü saat 1 radələrində şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Şəfayət Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR