Qazaxda minik maşını aşıb, iki piyada xəsarət alıb

Qazaxda minik maşını aşıb, iki piyada xəsarət alıb
# 24 yanvar 2023 08:13 (UTC +04:00)

Qazaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Bu zaman aşan minik maşını yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Mikayıl Aslanov və 1998-ci il təvəllüdlü Fərhad Nəsibova dəyib.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR