Paşha Bank
Bank Of Baku

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
# 12 noyabr 2026 18:16 (UTC +04:00)

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib.

APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev sessiyada iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi.

İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etdi.

Sonda toplantı iştirakçıları birgə foto çəkdirdilər.

X X X

“Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan budəfəki Zirvə Toplantısının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alıb. Builki Toplantıda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir.

***

15:56

İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir.

APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR