Bank Of Baku

Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub

Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
# 12 noyabr 2026 18:23 (UTC +04:00)

Ukrayna ordusu Baltik dənizində Rusiyanın “Kalibr” qanadlı raketləri daşıyan “Naro-Fominsk” hərbi gəmisinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Məlumata görə, əməliyyat Rusiyanın Leninqrad vilayətində həyata keçirilən genişmiqyaslı pilotsuz uçuş aparatları hücumunun tərkib hissəsi olub. Ukrayna qüvvələri eyni əməliyyat çərçivəsində Baltik dənizinin sahilində yerləşən Ust-Luqa limanının neft infrastrukturuna da zərbələr endirib.

“Reuters”in məlumatına görə, Finlandiya Silahlı Qüvvələri də Rusiya hərbi gəmisinə zərbə endirildiyini qeydə alıb.

Məlumata görə, hədəfə alınan “Naro-Fominsk” gəmisi “Kalibr” və “Oniks” qanadlı raketləri daşımaq qabiliyyətinə malikdir. Ukrayna tərəfinin məlumatına əsasən, bu, Rusiyanın Baltik Donanmasına məxsus və aktiv xidmətdə olan hərbi gəmisinə müharibənin başlanmasından bəri Baltik dənizində ilk belə hücumdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR