Şəkidə həmkəndlisinə xəsarət yetirən şəxs tutulub

Şəkidə həmkəndlisinə xəsarət yetirən şəxs tutulub
# 10 sentyabr 2022 09:34 (UTC +04:00)

Şəkidə həmkəndlisinə kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb.

APA-nın Şimal-qərb bürosu xəbər verir ki, rayonun İkinci Biləcik kənd sakinləri olan Tərlan Qədirov və Nicat Rəfiyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı Nicat Rəfiyev üzərində olan kəsici alətlə Tərlan Qədirova xəsarət yetirib. Tərlan Qədirov aldığı xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli sayılan Nicat Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR