Bank Of Baku

Şəmkirdə gübrə mağazası və kafedə yanğın olub - FOTO - YENİLƏNİB

Şəmkirdə gübrə mağazası və kafedə yanğın olub - FOTO  - YENİLƏNİB
# 15 sentyabr 2023 08:48 (UTC +04:00)

Şəmkir rayonunun Sabirkənd kəndində ümumi sahəsi 100 m² olan mağazanın yanar konstruksiyaları və bitişik ümumi sahəsi 150 m² olan kafenin çardağının yanar konstruksiyaları 100 m² sahədə yanıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 03:00

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Gübrə mağazası və ona bitişik kafedə anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR