Şirvanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb - VİDEO

Şirvanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb - VİDEO
# 21 iyul 2022 10:28 (UTC +04:00)

Şirvan şəhər sakini İbrahiməjdər Həmidovun anasından miras qalmış torpaq sahəsi və evin qardaşı tərəfindən saxta sənədlər əsasında başqa şəxsə satılması ilə bağlı daxil olmuş müraciəti üzrə prokurorluqda araşdırma aparılıb.

Şirvan şəhər Prokurorluğundan APA-ya verilən xəbərə görə, Şirvan Bələdiyyəsi və ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, həmçinin onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vəzifə saxtakarlığı etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR