Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlayıb, ölən və xəsarət alan var - YENİLƏNİB

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlayıb, ölən və xəsarət alan var - YENİLƏNİB
# 24 iyul 2023 12:41 (UTC +04:00)

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

APA-nın əldə etdiyi xəbərə görə, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğludur.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

***

12.30

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 11.30 radələrində qeydə alınıb.

Yığma sexində sursatın partlaması nəticəsində bir nəfər işçi ölüb. Bir işçi müxtəlif xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12 radələrində nazirliyin "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Səlcuq Elçin

Əlibəy Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR