Sumqayıtda avtomobil piyadanı vurub öldürüb

Sumqayıtda avtomobil piyadanı vurub öldürüb
# 14 avqust 2019 00:37 (UTC +04:00)

Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində "Fiat Doblo" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran 1940-cı il təvəllüdlü I qrup əlil Subhanov Sabir Hüseyn oglunu vurub.

Qəza nəticəsində piyada həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR